Bakıda polis qətlə yetirildi

Bakıda polis qətlə yetirildi
Oxunma sayı: 8025

Bakıda polis əməkdaşı qətlə yetirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 24-ü axşam saatlarında Nərimanov rayonunda baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Anar Ramazanov birgə yaşadığı mənzildə 28 yaşlı qardaşı Araz tərəfindən öldürülüb. Məlumata görə, Araz qardaşını aralarında yaranmış mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araz Ramazanov şübhəli şəxs qismində saxlanılıb, istintaq davam etdirilir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi