Bakıda polis yol qəzasında xəsarət aldı

bakida-polis-yol-qezasinda-xesaret-aldi
Oxunma sayı: 3404

Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə zamanı xəsarət alanlar olub:

““Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib”.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.