Bakıda polis zabiti restoranda öldü

bakida-polis-zabiti-restoranda-oldu
Oxunma sayı: 3693

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R. Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.