Bakıda polislər qəzaya düşdü - Yaralılar var

bakida-polisler-qezaya-dusdu
Oxunma sayı: 2182

Bakıda polis əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1987-ci il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi “Fiat Doblo” markalı avtomobil Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Rövşən Əzimovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə R.Nuriyev bel nahiyəsindən, onun sərnişini, 1989-cu il təvəllüdlü Elnar Aydınov baş nahiyəsindən xəsarət alıblar.

“Fiat Doblo” markalı avtomobilin sərnişinləri polis serjantlarıdırlar.

Faktla bağlı araşdırma aparılır.