“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, tədbirdə iştirak etmək üçün Polşadan müxtəlif dövlət qurumlarının, o cümlədən Milli Olimpiya Komitəsinin prezidenti Ancey Krasnitski başda olmaqla komitənin nümayəndələri gəliblər.
Tədbir bir neçə hissədən ibarət olub. Filarmoniyanın foyesində iki sərgi təşkil edilib. Onlardan biri müxtəlif dövrlərdə, o cümlədən müasir dövrdə Polşa memarlığından, habelə Bakının XX əsrin əvvəllərində Polşa memarları tərəfindən yaradılmış arxitektura abidələrindən bəhs edir. Polşanın turizm təşkilatı tərəfindən təşkil olunmuş “Polşaya dəvət edirik” adlı ikinci sərgi bu ölkənin turizm imkanlarını və görməli yerlərini əks etdirir.
Tədbir çərçivəsində Polşanın məşhur pianoçusu Kşiştof Yablonskinin konserti olub. O, polyak dirijor Marçin Nalenç-Neşelovskinin idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri ilə birlikdə çıxış edib. Birgə konsertdə Frederik Şopenin, Qara Qarayevin və Voytsex Kiların ölməz musiqisi səsləndirilib.
Tədbirin iştirakçıları, həmçinin Polşa dizayneri Nataşa Pavluçenkonun kolleksiyası ilə tanış olub, Polşa milli mətbəxinin nümunələrindən dadıblar. Yeməklər “Moonsfera” restoranının aşpazı Yaroslav Uşinski tərəfindən hazırlanıb.
Son xəbərlər
Son Xəbərlər