Bakıda postların sayı bu qədər azaldıldı

bakida-postlarin-sayi-bu-qeder-azaldildi
Oxunma sayı: 5407

Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı kəskin dərəcədə azaldılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb. Məlumata görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış. Bu gün isə onların 52-si götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.

Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.

Murad Əhməd