Bakıda “Prius”la YPX toqquşdu, yaralanan var - Video

bakida-priusla-ypx-toqqusdu-yaralanan-var
Oxunma sayı: 5174

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Bu barədə "Qafqazinfo"ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, hadisə ötən gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb: “Toyota Prius” markalı avtomobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və xidmətdə olan iki əməkdaşımız yüngül xəsarət alıblar.

Xəbəri rus dilindıə oxuyun: Шейх не платил за газ 15 лет

Həmçinin oxuyun: Bakıda 18 yaşlı qız sığınacaqdan qaçıb

Əməkdaşlarımızdan birinə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər əməkdaş isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Onun da vəziyyəti yaxşıdır və tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır”.

Qəzanın videogörüntülərini avtosfer.az-a istinadən təqdim edirik: