Bakıda prokurorluq əməkdaşları cəzalandırılıb

bakida-prokurorluq-emekdaslari-cezalandirilib
Oxunma sayı: 2901

Bu gün Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

Bundan başqa, hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb.

Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilib.

Müşavirədə həmçinin qeyd olunub ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə müxtəlif xətalar törətdiklərinə görə 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət elan edilib.