Bakıda qaçırılan maşın Ağdaşda aşkarlandı

bakida-qacirilan-masin-agdasda-askarlandi
Oxunma sayı: 941

Polisə müraciət edən Bakı şəhər sakini E.Mehdiyev dekabrın 9-da “Volkswagen” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyat vasitəsinin Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Görülmüş tədbirlərlə avtomobil BDYPİ-nin Ağdaş rayonu ərazisindəki stasionar postunda saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini Q.Əliyev avtomobillə birgə Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.