Bakıda qadın bankın şüşələrini sındırdı - Kredit borcu olub

bakida-qadin-bankin-suselerini-sindirdi-
Oxunma sayı: 3510

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinə məxsus filialdan polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

***

Bakıda qadının bankın şüşələrini sındırması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Bakıxanov qəsəbəsindəki bank filialına hücum edən 46 yaşlı Flora Xəlilovanın orta məktəb müəllimi olduğu üzə çıxıb. Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub. Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.