Bakıda qadın bıçaqlanaraq öldürüldü

bakida-qadin-bicaqlanaraq-olduruldu
Oxunma sayı: 631

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Tahirə Orucova qeyri-rəsmi nikah münasibətində yaşadığı Elşad Rüstəmov tərəfindən bıçaqlanıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Tahirə Orucova 2 azyaşlı qız anasıdır.

Qadını bıçaqlayan Elşad Rüstəmov isə hadisə yerindən yayınıb, hazırda polis onun axtarışlarına başlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.