Bakıda qadın donaraq öldü

bakida-qadin-donaraq-oldu
Oxunma sayı: 1679


Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Xanlar küçəsi 24 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədən donmuş meyit tapılıb. Araşdırma nəticəsində ölən şəxsin tüfeyli həyat tərzi keçirən 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.