Bakıda qadın ərini qətlə yetirdi

bakida-qadin-erini-qetle-yetirdi
Oxunma sayı: 4361

Bakıda ər arvadı tərəfindən qətlə yetirilib. 

Bu haqda “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Belə ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.