Bakıda qadın hündürmərtəbəli binadan özünü atmaq istədi- - Yenilənib+Foto

bakida-qadin-hundurmertebeli-binadan-ozunu-atmaq-istedi-
Oxunma sayı: 2488


"Qafqazinfo"ya daxil olan məlumata görə, Dilarə Əliyeva küçəsində hündürmərtəbəli binanın üstünə çıxan qadın özünü atmaq istəyir. “Qafqazinfo” xəbər verir ki, hazırda ərazidə Fövqəladə  Hallar Nazirliyinin əməkdaşları toplaşıb. Nazirliyin əməkdaşları həmin şəxsi xilas etməyə çalışırlar.

***

Bakıda intihara cəhdin qarşısı alınıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının damında bir nəfər qadın intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. İntihara cəhdin qarşısı xilasedicilər tərəfindən alınıb.

***

Bakıda çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs 1994-cü il təvəllüdlü Bəturə Məlikovadır.
 
Onun sevgilisi ilə aralarında olan münasibətə görə intihar etmək istədiyi bildirilir.