Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

bakida-qadin-kiraye-qaldigi-evde-olduruldu
Oxunma sayı: 2552

Bakıda qadın qətlə yetirilib.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad rayon Polis şöbəsi əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətdiyini etiraf edib.