Bakıda qadın kişini bıçaqlayıb 6 ay gizləndi

bakida-qadin-kisini-bicaqlayib-6-ay-gizlendi
Oxunma sayı: 1743

Bakıda 6 ay əvvəl tanışını bıçaqlayıb gizlənən qadın tutulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2019-cu il oktyabrın 31-də Xəzər rayonu, Binə qəsəbə sakini 1983-cü il təvəllüdlü Lalə Mustafayeva şəxsi münasibətlər zəminində tanışı, 1991-ci il təvəllüdlü Xalid İsmayılovu bıçaqlayıb. 

Həmin gün hadisə yerindən qaçan L.Mustafayeva 6 ay ərzində istintaqdan gizlənməyi bacarıb. O, dünən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Murad Əhməd