Bakıda iki rəfiqə arasında mübahisə cinayətlər nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 26-sı səhər saatlarında Xətai rayonunda baş verib.
5-ci Əhmədli küçəsində kirayədə yaşayan Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ramilə Nizami qızı Novruzova münaqişə zəminində onunla birgə yaşayan həmyerlisi, 1989-cu il təvəllüdlü Nəzakət Telman qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
R.Novruzova daha sonra hadisə yerindən uzaqlaşıb.
Onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər