Bakıda qadın sürücü qeyri-adi qəza törətdi - Foto

bakida-qadin-surucu-qeyri-adi-qeza-toretdi
Oxunma sayı: 3199

Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, qadın sürücü “Hyundai” markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb. 

Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb. 

Sürücü xəsarət almayıb.