Bakıda 39 yaşlı qadının qətli ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, mayın 1-ə keçən gecə Binəqədi rayonun ərazisindəki gecə klublarından birində Rusiya vətəndaşı Asxadova Maya Kamil qızı amansızlıqla döyülüb. Bildirilir ki, səhər saat 6-da çeçen əsilli Maya Asxadova Səttar Bəhlulzadə küçəsində yerləşən “Ozan” kafe-bardan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq o, gecə 23:45-də aldığı travmalardan keçinib.
İstintaq nəticəsində məlum olub ki, Rusiya vətəndaşını döyən şəxs Naxçıvanın Babək rayon sakini, 50 yaşlı Sadiq Süleymanovdur. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, başlanmış cinayət işinə uyğun araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər