Bakıda qadının şirkətindən oğurluq - 5 min, kreslo, stul...

bakida-qadinin-sirketinden-ogurluq
Oxunma sayı: 2124

“Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, oğurluq Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus Vaqif küçəsi, 5 ünvanında yerləşən “Geeta Pharma” MMC-dən edilib.

Belə ki, ofisin arxa qapısını sındıran oğru (və ya oğrular) oradan 5 min manat pul, 1 ədəd kreslo, 4 ədəd stul və noutbuk aparıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsində (PB) araşdırma aparılır.