Bakıda qadınlarla bağlı beynəlxalq konfrans- - Fotolar

bakida-qadinlarla-bagli-beynelxalq-konfrans-
Oxunma sayı: 1080


 “Qafqazinfo” xəbər verir ki, iclasla bağlı jurnalistlərə açıqlama verən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, uzun illərdir ki, YAP Asiya siyasi partiyalarının aparıcı üzvlərindən biridir:  “ Asiyada 70-dən çox ölkə var. Bu 70 ölkəni 300-ə yaxın siyasi partiya təmsil edir.  İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib.  3ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur.  Bu qola Azərbaycan və Koreya həmsədrlik edir. Hazırda 16 ölkədən iclasda qonaqlar iştirak edir. Latın Amerikası və Afrika Siyasi təşkilatları da burada təmsil olunurlar.  Bugünki iclasda Pekin konfransındanm sonra həyata keçirilən işlərdən danışılacaq. Qadınların cəmiyyətdə, dövlətin strukturlarında bütün sahələrdə təmsilçiliyi iştirakı ilə bağlı müxtəlif məsələlər müzakirə olunacaq. İclasda əsasən qadın və təhsil, qadın və sağlamlıq, qadın və yoxsulluğun aradan qaldırılması və qadınların siyasi təmsilçiliyi  əsas başlıq mövzular olacaq”.

Günel Türksoy


“Qafqazinfo”