Bakıda qanunsuz işləyən “Playstation” cərimələndi

bakida-qanunsuz-isleyen-playstation-cerimelendi
Oxunma sayı: 1066

Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən "Playstation" oyun zalı aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən obyektin fəaliyyəti dərhal dayandırılıb. Baxış zamanı oranın sahibi vətəndaş Nurlan Əzizli və daha 4 müştəri saxlanılaraq ərazi üzrə Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanına göndərilib.