Şeyx də qan verdi - Fotolar

seyx-de-qan-verdi
Oxunma sayı: 1935

Xəbər verdiyimiz kimi, bu gün Aşura qeyd olunur.

Gün ərzində ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib. Aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılov Yasamal rayonu “Təzə Pir” məscidində baş tutmuş qanvermə aksiyasından fotoları lentə alıb.

Xəbəri rus dilində oxuyun: Акция по сдаче крови в Баку - Фото