Bakıda “Qarabağ” - “Qalatasaray” görüşü olacaq

bakida-qarabag-qalatasaray-gorusu-olacaq
Oxunma sayı: 3444

“Qarabağ”la “Qalatasaray” futbol klubları arasında yoldaşlıq görüşü keçiriləcək.

“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, görüşün bu ayın sonunda keçirilməsi nəzərdə tutulub.

Klubların mart ayının 29-da Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı klub rəhbərlikləri arasında danışıqların olduğu və razılığa gəlindiyi bildirilir.

Oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.

“Qarabağ” futbol klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında belə bir görüşün baş tutması ehtimalının olduğunu təsdiqləyib. Lakin klub rəsmisi görüşün keçirilməsi ilə bağlı dəqiq məlumatın hələ ki, olmadığını söyləyib.