Bakıda qardaş bacısını bıçaqladı

bakida-qardas-bacisini-bicaqladi
Oxunma sayı: 3285

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Arzu İbrahimova qardaşı tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.