Bakıda qardaş bacısını bıçaqladı

bakida-qardas-bacisini-bicaqladi
Oxunma sayı: 3265

Paytaxtın Nərimanov rayonunda bıçaqlanma baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 21-də qeydə alınıb. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü F.Quliyev münaqişə zəminində bacısı 1986-cı il təvəllüdlü Ruhiyənin döş qəfəsinə bıçaqla xəsarət yetirib.

F.Quliyev polis tərəfindən saxlanılıb.

Nərimanov RPİ-də araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, paytaxt ərazisində naməlum şəxsin 38 yaşlı qadına bıçaqla xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ-nin 18-ci PŞ əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı 1984-cü il təvəllüdlü F.Quliyev saxlanılaraq istintaqa təqdim edilib. Araşdırmalar davam etdirilir.