Bakıda qardaş-qardaşı güllələdi

bakida-qardas-qardasi-gulleledi
Oxunma sayı: 2259

 

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhiş bağlarında qeydə alınıb. Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb.