Bakıda “QAZel” 5 yaşlı uşağı vurub öldürdü

bakida-qazel-5-yasli-usagi-vurub-oldurdu
Oxunma sayı: 1219

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, mayın 6-da saat 15 radələrində Binə qəsəbəsində Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.