Bakıda qəbiristanlıqda yanğın olub

bakida-qebiristanliqda-yangin-olub
Oxunma sayı: 5011

Bakı şəhərinin Xətai rayonunda qəbiristanlıq ərazisində 1 ha sahədə quru ot və kol-kos yanıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın Xudu Məmmədov küçəsində yerləşən qəbiristanlıqda baş verib.