Bakıda qətl törədildi

bakida-qetl-toredildi
Oxunma sayı: 4690

Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub. 

Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib. 

Araşdırma aparılır.