Bakıda qeydiyyatsız yaşayan İran vətəndaşı saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 11-də DİN Baş Passport Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycanda qeydiyyatsız yaşayan İran vətəndaşı, 1969-cu il təvəllüdlü Shoki Daryoushu müəyyən ediblər.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 575-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması qaydalarının pozulması) maddəsi əsasında protokol tərtib edilib. O, Dövlət Miqrasiya Xidmətinə göndərilib.
Shoki Daryoushun Azərbaycanda hansı fəaliyyətlə məşğul olması barədə məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər