“Qafqazinfo” xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Qazel" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil verib. Əməliyyat saat 17:15-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər