Bakıda qəza- - ölən və yaralanan var

bakida-qeza-
Oxunma sayı: 1627


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi "BMW" markalı avtomobili yolun kənarında dayanmış, 1968-ci il təvəllüdlüEhtiram Bəylərova məxsus "QAZ-53" markalı avtomobilə çırpıb.

Nəticədə, R.Ağaverdiyev xəstəxanaya yerləşdirilib, sərnişini, Balakən rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Həsənov isə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.