Bakıda tuneldə qəza sıxlığa səbəb olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Heydər Əliyev prospekti kənar yol (şəhər istiqaməti) tunelində hadisə baş verib: “Hazırda yolda sıxlıq müşahidə olunur. Məlumat üçün bildirim ki, bu yoldan 1. 13 və 38 nömrəli müntəzəm və M1, M1 A, M2, M2 A, M3 və M8 ekspres xətləri üzrə avtobuslar keçir.
Sıxlıq bu xətlər üzrə avtobusların intervalına təsir edir”.
Son xəbərlər
Son Xəbərlər