Bakıda qəza tıxaca səbəb oldu

bakida-qeza-tixaca-sebeb-oldu
Oxunma sayı: 1679

Bakının Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektinin kəsişməsində (Olimpiya stadionunun yanı) yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, hazırda qəza baş verən istiqamətdə sıxlıq müşahidə olunur.