Bakıda qəza tıxaca səbəb olub - Foto

bakida-qeza-tixaca-sebeb-olub
Oxunma sayı: 4330

Bakıda Yusif Səfərov küçəsində mərkəz istiqamətində Mehdi Mehdizadə küçəsi ilə kəsişmədə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Hadisə həmin hissədə nəqliyyat vasitələrinin hərəkətinin ləngiməsinə, tıxacın yaranmasına səbəb olub.