Bakıda qəzada 2-si azyaşlı olmaqla 6 nəfər yaralandı

bakida-qezada-2-si-azyasli-olmaqla-6-nefer-yaralandi
Oxunma sayı: 2065

Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, ötən gecə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Belə ki, 10 ND 561 və 90 GG 589 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 5-i qadın, 1-i isə kişidir. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər arasında iki azyaşlı qız var. Hazırda onların kimlikləri müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza