Bakıda baş verən yol qəzasında əcnəbi vətəndaş vəfat edib.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, aprelin 3-də saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Gürcüstan vətəndaşı Tamaz Dolidze idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış Salyan rayon sakini Elməddin Babayevə məxsus “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə T.Dolidze hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər