QİÇS virusunun daşıyıcıları ehtimal olunan şəxslər əllərindəki şprisi insanlara batırırlar. Ehtimal olunur ki, bu insanlar virusu başqalarına ötürmək istəyirlər. “Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə artıq bir neçə insan hadisə ilə üzləşdiyini qeyd edib və hər kəsi bu cür şəxslərdən qorunmağa çağırır.
Ötən gün sərnişindaşıma marşrutunda naməlum şəxs qızın qoluna əlində olan şprisi batırıb.
Bu hadisə ilə əlaqədar olaraq Nəsimi Rayon Polis idarəsi ilə əlaqə saxlayıb faktla bağlı məlumat topladıq. İdarədən bildirdilər ki, hər-hansı bir şəxs belə şikayət ilə polis bölməsinə müraciət edərsə, zərər yetirən insan saxlanılacaq və həkimlər tərəfindən yoxlanılacaq. Əgər QİÇS daşıyıcısıdırsa və qəsdən bir başqa şəxsə ötürmək istəyirsə, cinayət törədən insan kimi qiymətləndiriləcək. Məhkəmə qərarı ilə bir neçə il müddətində həbs oluna bilər. Amma əgər virus daşıyıcısı deyilsə, onun bu hərəkəti xuliqanlıq kimi qələmə veriləcək və lazımı tədbirlər görüləcək.
Son xəbərlər
Son Xəbərlər