Bakıda 25 yaşlı qız qayçı ilə özünə xəsarət yetirib.
“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, rayonun Mirqasımov küçəsindəki evlərdən birində yaşayan 25 yaşlı N.M qayçı ilə qarın nahiyyəsinə zərbə vurub. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər