Bakıda qız zorla ərə verilib? - Video - Yenilənib

bakida-qiz-zorla-ere-verilib
Oxunma sayı: 8708

Sosial şəbəkələrdə gənc qızın toy günü çəkildiyi iddia edilən görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, videonun Bakıda, NZS qəsəbəsində, toy günü çəkildiyi deyilir. 

Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ araşdırılır: “Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.

***

Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabrında bölgə rayonlarından birində keçirilib: “Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox, məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib”.