Bakıda qızıl qazanan türkiyəli güləşçinin əsgərlik qalmaqalı- - Növbəti açıqlama

bakida-qizil-qazanan-turkiyeli-gulescinin-esgerlik-qalmaqali-
Oxunma sayı: 2542


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məlumatda güləşçinin əsgərlik vəziyyəti ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. 

Nazirlik  milli güləşçinin əsgərliyə yararlı hesab edildiyini açıqlayıb. Verilən məlumata görə, güləşçi 3 iyul,  2014-cü tarixində  bədən çəki indeksinin normalara uyğun olmadığı üçün Keçiören Əsgərlik Şöbəsinə aparılıb, Etimesgut Əsgər Xəstəxanasına sövq edilib. 

Etimesgut Əsgər Xəstəxanasının analiz nəticələrinə görə, Rza Kayaalp əsgərliyə yararlıdır. Nazirlik bəzi mətbuat orqanlarının bu barədə yalan məlumat yaydıqlarını vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl idmançının əsgərliyə yararlı olmadığı haqda xəbərlər yayılmağa başlayıb. İdmançı özü isə bu məlumatlardan sarsıldığını bildirib.