Bakıda qohumlar arasında silahlı insident

bakida-qohumlar-arasinda-silahli-insident
Oxunma sayı: 3225

Bu gün saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. 

Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb. 

Ə.Orucov xəstəxanaya yerləşdirilib. 

Araşdırma aparılır.