Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 6-da Lökbatan qəsəbəsinin ərazisindəki ticarət mərkəzində, Xaçmaz rayon sakini Rəşad Quliyevə məxsus ümumi dəyəri təxminən 21000 manat olan qoz-fındıq məhsulunu, Cəlilabad rayon sakini Nicat Həsənova məxsus "Mercedes" markalı avtomaşına yükləyib oğurlayarkən Sabirabad rayon sakini Bəhlul Əkbərov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
B.Əkbərov Qaradağ rayon Polis İdarəsindən 10-cu polis bölməsinə təhvil verilib.