Bakıda “Qrand” olacaq - - Fotolar

bakida-qrand-olacaq-
Oxunma sayı: 1061

“Qafqazinfo”nun məlumatına görə,  “V and V” company tərəfindən təşkil olunan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mükafatlandırma mərasimində  il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri “Qrand”a layiq görüləcək. Milli Mükafatın təşkilatçısı Valeriy İlişayev açıqlamasında bu ilki tədbirin fərqindən söz açıb. “Bu il ilk dəfə olaraq mükafatlandırma mərasiminə Türkiyədən fəxri qonaqlar dəvət olunub. Bu işdə bizə Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı model Günay Musayeva yaxından köməklik edib. “Qrand” gələn ildən beynəlxalq status alacaq. Mükafatlandırmaya Türkiyə eləcə də Rusiya mədəniyyət və şou biznes nümayəndələri də layiq görüləcək. Gələn il təqdimetməni Bakıda yox İstanbulda keçirməyi düşünürük.”

Qeyd edək ki, bu il təşkil olunacaq mərasimə fəxri qonaq kimi həmyerlimiz Günay Musayeva ilə yanaşı Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Sinan Akçil, “Öyle geçer zaman ki” serialının baş rol oyuncusu, Cemile obrazını yaradan aktrisa Ayça Bingöl, model və Türkiyədə plates ustası kimi tanınan, “Ebruli” proqramının aparıcısı Ebru Şallı və reytinqlərdə birinci olan “Muhteşem Yüzyil”serialının şəhzadə Mehmeti Gürbey İreli qatılacaq.
Aktirsa Ayça Bingöl Bakıya ailəsi ilə bərabər gələcək.  Türkiyə mediasında da işıqlandıracağı mükafatlandırma mərasiminə yaxından köməklik edən və “Qrand”ın Türkiyə üzrə kordinatoru Günay Musayeva gələn il mərasimin beynəlxalq səviyyədə keçiriləcəyini vurğulayıb.
Hazırda Türkiyədə yaşanan  olaylara baxmayaraq qonaqlar Bakıya gələcək və mükafatlandırma mərasimində fəxri qonaq qismində iştirak edəcək. Vurğulayaq ki, mərasimi Murad Dadaşov, Nərgiz Cəlilova, Eurovision 2011-in qalibi Eldar Qasımov və Afaq Gəncəli aparacaq.