Bakıda qumbara aşkarlandı - Video

bakida-qumbara-askarlandi
Oxunma sayı: 1332

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə bir ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.