Bakıda restoranda qanlı hadisə

bakida-restoranda-qanli-hadise
Oxunma sayı: 1844


“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsi M.Ə.Sabir küçəsində, "Bakı Gecələri" restoranının yaxınlığından həmin qəsəbə Atçılıq yaşayış sahəsində yaşayan 57 yaşlı Rüstəm Əliyev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Bəxtiyar Əliyev tutulub.

Bildirilir ki, hadisə hər iki şəxs həmin restoranda yeyib-içdikdən sonra mübahisə zəminində baş verib.

Araşdırmalar davam etdirilir.