Bakıda restoranda yanğın olub

bakida-restoranda-yangin-olub
Oxunma sayı: 4176

Bakının Səbail rayonunda ikimərtəbəli restoranda yanğın baş verib.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.