Bakıda restorandan 9 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 26-sı saat 17:30 radələrində Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən R.Hacıyevə məxsus restorana qapının kilitini sındırmaqla daxil olan şəxs oradan 9 min manat dəyərində proyektor, televizor, komputer, poverbank və Lig tv avadanlığı oğurlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü R.Zeynalov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər