Bakıda restorandan çıxan şəxs ətrafdakı insanlara bıçaq çəkib? - Açıqlama

bakida-restorandan-cixan-sexs-etrafdaki-insanlara-bicaq-cekib
Oxunma sayı: 1755

“Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır”.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib. Bıçaqla hücüm edilməsi faktı təsdiqini tapmayıb.

Fakt üzrə Nərimanov RPİ təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaliyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər. Jurnalistlərin sualları 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan tərəfimizdən cavablandırılır. 

Qeyd edək ki, APA TV-nin yaydığı məlumata görə, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”dan çıxan şəxs özünə məxsus 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib və ərazidən uzaqlaşıb.